Sumqayıtda kişi mübahisə zamanı ölüb. Sumqayıt24 bu haqda 21 iyul tarixində Lent.az-a istinadən xəbər verir.
Hadisə “Xəzər bağları” yaşayış kompleksində baş verib. 53 yaşlı Ələmşad Əliyevin qonşusu ilə mübahisəsi yaranıb. Bu zaman kişi özünü pis hiss edib. O, dərhal xəstəxanaya çatdırılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, kişi ürəktutmadan dünyasını dəyişib.
Faktla bağlı Şəhər Prokurorluğunda araşdırma aparılır.