Sumqayıtlı şahmatçı şəxsi Avropa çempionatına yollanacaq. Sumqayıt24 bu haqda 15 mart tarixində Şahmat Federasiyasına istinadən xəbər verir.
Yarış martın 18-də Monteneqronun Petrovaç şəhərində qadın şahmatçılar arasında start götürəcək. Azərbaycan millisi qitə birinciliyində 14 nəfərlə mübarizə aparacaq. Onların arasında qrosmeyster Türkan Məmmədyarova da yer alacaq.
Qeyd edək ki, martın 29-dək davam edəcək 11 turdan ibarət Avropa çempionatına 35 ölkə qatılacaq. Mükafat fondu isə 60.000 avro təşkil edir.