Qubadlının azadlığa qovuşmasının ildönümüdür

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Bu gün Qubadlının 27 illik düşmən əsarətindən azad edilməsinin ildönümüdür.

Qubadlının azad edilməsi ölkədə, əsasəndə Sumqayıtda böyük bir coşqu ilə qarşılanmışdı. Çünki  rayon əhalisinin mütləq əksəriyyəti, daha dəqiq olsaq 64%-i məcburi köçkün kimi Sumqayıtda məskunlaşmışdır.

Hal-hazırda şəhərdə Qubadlı rayon İcra Hakimiyyəti, digər icra strukturları və təşkitəşkilatlar Sumqayıt şəhərində yerləşirlər. Həmçinin, burada Qubadlı məktəbləri, xəstəxanası və poçt şöbəsi də fəaliyyət göstərir.

Rayon bir şəhər və 93 kənddən ibarətdir. İşğaldan öncə Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfər idi, qalan 24.896 nəfər isə 93 kənddə qalırdı. Əhali əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurdu.