“Rəqəmsal bacarıqlar” layihəsinə Sumqayıtlı şagirdlər də qoşula biləcək

Total
0
Shares
Envato
Envato

2021-2022-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsində Sumqayıtlı şagirdlər də iştirak edə biləcək. Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Layihənin əsas məqsədi təhsilalanların informasiya məkanında məqsədyönlü fəaliyyətinə nail olunması, İKT bacarıqlarına dərindən yiyələnməsi və məntiqi düşüncə tərzinə malik şəxslər kimi formalaşmasını təmin etməkdir.

Həmçinin, sözügedən layihəyə Bakı, Gəncə, Şəki, Şirvan, Şamaxı, Lənkəran, Biləsuvar, Mingəçevir, Xaçmaz, Yevlax, Sabirabad, Salyan, Şəmkir, Göyçay, Şabran şəhər və rayonlarından 190 min şagirdin cəlb olunması gözlənilir.