Rafael Ağayev Dubay şəhərində keçiriləcək dünya çempionatına qatıla bilməyəcək

Total
0
Shares
Foto Rafael Aghayev Facebook
Foto Rafael Aghayev Facebook

Sumqayıtlı karateçi Rafael Ağayev Dubay şəhərində keçiriləcək dünya çempionatına zədə səbəbindən qatıla bilməyəcək. Bu barədə Oxu.az-a istinadən xəbər veririk.

Ağayevin fərdi şəkildə keçirilən məşqdə sol ayağı burxularaq sınıb. Bununla bağlı o, 16-21 noyabr tarixlərində keçiriləcək çempionatda iştirak etməyəcək.

Daha öncə, Rafael Ağayev Moskvada keçirilən Karate1 Premyer Liqasında da iştirakdan son anda imtina etmişdi.