Roi Kehat: “Hədəflərimizə çatdığımız üçün çox xoşbəxtəm”

Total
0
Shares
“Sumqayıt”ın legioneri Roi Kehat müsahibə verib
Foto Sportinfo.az

“Sumqayıt”ın legioneri Roi Kehat müsahibə verib. Sumqayıt24 bu haqda 21 noyabr tarixində Sportinfo.az-a istinadən xəbər verir.

Mövsümlərarası fasilədə Azərbaycana gələn israilli yarımmüdafiəçinin sözlərinə görə, mövsüm boyunca hər bir oyunçunun yaxşı və pis oyunları olur:

“Mən hər oyunda ən yaxşı performansı göstərmək üçün əlimdən gələni edirəm”.

Roi Kehat Premyer Liqanın ilk yeddi turunda fərqlənə bilməsə də, son altı matçda üç qol vurub.

“Kimyaçılar” bu qarşılaşmaların hamısını qazanıblar.

“Mövsümün əvvəlində də yaxşı oyunlarım oldu. Lakin son altı oyunda bu, rəqəmlərdə də əks olundu, üç qol vurdum.

Həmişə deyirəm ki, ən vacib şey komandanın qalib gəlməsidir. Hədəflərimizə çatdığımız üçün çox xoşbəxtəm”, – deyə futbolçu vurğulayıb.