Sumqayıtlı dünyaca məşhur şahmatçı Şəhriyar Məmmədyarov xırdalanlı şəhid Səxavət Abbasova həsr olunmuş turnirə qatılıb. Bu haqda Abşeron Rayon İcra Hakimiyyətinin Facebook səhifəsinə istinadən xəbər veririk.
Xırdalandakı Heydər Əliyev Mərkəzində baş tutan açılış mərasimində Abşeron RİH başçısı İradə Gülməmmədova, Abşeron rayon İdman və Gənclər idarəsinin rəisi Əsgər Əmrəliyev və KİV nümayəndələri iştirak ediblər.
Daha sonra beynəlxalq turnirlərin qalibi, gənc şahmatçı Ümid Aslanovun atası Fuad Aslanov, Şəhriyar Məmmədyarov və şəhidin atası Rizvan Abbasov çıxış ediblər.
Sonra isə turnirə start verilib. Qeyd edək ki, Məmmədyarovdan başqa, daha 9 gənc idmançı bu yarışmada gücünü sınayacaq.