Müştərək Komissiyanın 6-cı iclasında iştirakçılar Sumqayıt Kimya Sənaye Parkına (SKSP) sərmayə yatırmağa dəvət ediliblər. Bu haqda Maliyyə nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Komissiyanın görüşü Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilib. İclasda
Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl-Falihin iştirak edib. Maliyyə naziri tədbir iştirakçılarına SKSP haqda, həmçinin digər sənaye zonaları və aqroparklar haqda məlumat verib və onları əməkdaşlığa dəvət edib.
Görüşün sonunda nazirlər iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasının Protokolunu imzalayıblar.