Sabah Sumqayıtda şəhid kiçik çavuş Daşqın Ağayevin il mərasimi keçiriləcək.
Daşqın Ağayev noyabırın 21-də Sumqayıt şəhərində anadan olub. Daşqın 2006-2007-ci illərdə Tovuz rayonunda hərbi xidmətdə olub. 2009-cu ildən MAXEHQ kimi hərbi xidmətə başlayıb. Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Daşqın Ağayev “Döyüşdə fərqlənməyə görə” , “Cəbrayılın və Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
17 noyabr saat 10:00-da Şəhidlər Xiyabanından “Billur” mərasim evinə gediləcək.