Sabiq məmurun Sumqayıt Regional Mədəniyyət İdarəsindən götürdüyü rüşvətin məbləği açıqlandı

Total
0
Shares
Depositphotos
Depositphotos

Mədəniyyət nazirinin keçmiş müavininin Sumqayıt Regional Mədəniyyət İdarəsindən aldığı rüşvətin məbləği məlum olub.

Oxu.az-a istinadən, məhkəmənin 8 may 2020-ci il qərarı ilə xidməti və yaşadığı ünvanda keçirilən əməliyyatdan sonra işdən azad olunan Rafiq Bayramov Sumqayıt Regional İdarəsindən 167 505 manat rüşvət götürdüyü müəyyən olunub.

Bayramov, Bakı Ağır Cinayətlər Məhkəməsini 17 avqust 2021-ci il qərarı ilə 8 il müddətində azadlıqdan məhrum edilib.