Şəhanə Cavadzadə bu təqaüdü qazanmış 20 nəfərdən biri oldu

Total
0
Shares
Sumqayıtlı şagird dünyada yalnız 20 nəfərə verilən təqaüdün qalibi olub
Foto Sumqayıt şəhər 24 nömrəli tam orta məktəb

Sumqayıtlı şagird dünyada yalnız 20 nəfərə verilən təqaüdün qalibi olub. Sumqayıt24 bu haqda 7 iyun tarixində xəbər verir.

Söhbət 24 nömrəli məktəbin 9d sinfində oxuyan Şəhanə Cavadzadədən gedir. O, Avropa İttifaqının (AI) və Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə yaradılan “Eastern Partnership European School in Georgia” beynəlxalq məktəbinə tam təqaüdlə qəbul olaraq, növbəti 2 ilini “The International Baccalaureate (IB) Diploma Programme (DP)” proqramı ilə davam etdirəcək.