Şəhid Elvin Zakirovun anım mərasimi olacaq

Total
0
Shares
Sumqayıtda şəhid anılacaq
Foto açıq mənbələrdən

Sumqayıtda şəhid anılacaq.

Baş leytenant Elvin Zakirovun anım mərasimi keçiriləcək. Tədbir 9 noyabr saat 11:30-da Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Evində təşkil olunacaq. Hər kəs dəvətlidir.

Qeyd edək ki, Elvin Zakirov 9 noyabr 2020-ci ildə Xocavənd uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medallarına layiq görülüb.

Şəhidimiz Yağmur adında qızı və Toğrul adında oğlunu Vətənə əmanət qoyub.