Bu gün, 25 may Vətən müharibəsi şəhidi Şəhriyar Quliyevin doğum günüdür.
Şəhriyar Nəsib oğlu Quliyev 25 may 1990-cı ildə Ağdam şəhərində anadan olub.
Azərbaycan Ordusunun giziri olan Şəhriyar Aprel döyüşlərinin iştirakçısı olub. Quliyev Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 150-yə yaxın erməni əsgər və zabitini məhv edib. Qəhrəmanımız oktyabrın 23-də Qubadlı döyüşləri zamanı 2 yaralı hərbçi yoldaşını döyüş meydanından çıxarıb, lakin özü şəhid olub. O, Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.
Şəxsi igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Şəhriyar Quliyev müxtəlif adda medallar və ordenlə təltif olunub:
- “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı;
- “Qarabağ” ordeni (ölümündən sonra);
- “Vətən uğrunda” medalı (ölümündən sonra);
- “Cəbrayılın azad olunmasına görə” medalı (ölümündən sonra);
- “Füzulinin azad olunmasına görə” medalı (ölümündən sonra);
- “Xocavəndin azad olunmasına görə” medalı (ölümündən sonra).