Sumqayıt şəhər İcra Hakimiyyətinin yaxınlğında yerləşən binanın damı qəzalı vəziyyətdədir. Sakinlər o binanın altından keçməyə qorxurlar. Bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.
İstifadəçilərin sözlərinə görə, 3-cü məhəllədə olan binanın damında kı beton konstruksiyaların bir hissəsi dağılıb. Lakin əsas problem orada asılı qalan konstruksiyanın qalan hissəsidir. Qeyd edilir ki, həmin yerdən piyada yolu keçir və bu məsələ insanların həyatı üçün birbaşa təhlükədir.