Sumqayıtdan Ceyranbatan qəsəbəsinə, həmçinin Novxanıya gedən avtobuslar gec-gec gəlir. Bu barədə şəhər sakinləri Sumqayıt24-ə bildiriblər.
Vətəndaşların sözlərinə görə, Novxanıya gedən 2 nömrəli marşrut xəttin avtobuslarının arasındakı interval bilinməyən səbəblərdən artıb. İnsanlar bu avtobusları yarım saat dayanacaqda gözləməli olurlar. Avtobus gələndə isə dolu gəlir və gözləyənlərdən çoxu minə bilmir.
Eyni problem Ceyranbatan istiqamətində gedən 9 nömrəli avtobuslardada yaşanır. Camaat yayda, günəş və istinin, qışda isə yağış və qarın altında həmin marşrutu gözləməli olur. Bundan əlavə, işdən çıxan insanlar öz evlərinə gec çatırlar.