Sakinlərin müraciətlərinə Zakir Fərəcov tərəfindən baxılıb

Total
0
Shares
Sumqayıtın icra başçısı Zakir Fərəcovun növbəti səyyar görüşü keçirilib
Foto sumqayitxeber

Sumqayıtın icra başçısı Zakir Fərəcovun növbəti səyyar görüşü keçirilib. Bu haqda 26 may tarixində Sumqayıt24 Sumqayitxeber.com-a istinadən məlumat verir.

Görüş 9-cu mikrorayonda baş tutub. Qəbulda şəhər İH-nin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi şəhər rəhbəri tərəfindən yerindəcə həll edilib. Araşdırılmasına ehtiyac olan digər məsələlər isə qanunvericiliyə uyğun operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.