Sumqayıt şəhərinin bir hissəsində qaz təchizatında fasilə yaranacaq. Bu haqda 14 noyabr tarixində Sumqayıt24 Sumqayıt Qaz İstismarı Sahəsinə istinadən məlumat verir.
Noyabrın 15-də saat 12:00-dan etibarən işlər tamamlanana qədər 3, 41, 41а, 47, 76-cı məhəllələr, eləcə də 4, 8, 9, 10, 11, 12, 17, 18-ci mikrorayonlarda ümumilikdə 27000 abonentin qaz təchizatı dayandırılacaq.
Fasiləyə 76-cı məhəllədə yerləşən “Akasiya Park” MMC-yə məxsus yaşayış binalarının qaz mənbəyinə qoşulması səbəb olacaq.