“Saray 2” massivində su xətti olsa da, su verilmir

Total
0
Shares
“Qurd dərəsi”, “Saray 2” yaşayış massivində su problemi yaşanır
Depositphotos

“Qurd dərəsi”, “Saray 2” yaşayış massivində su problemi yaşanır. Sumqayıt24 bu haqda 29 may tarixində xəbər verir.

Ərazidə təqribən 100-dən çox ailə məskunlaşıb. Sakinlərin sözlərinə görə, havalar isindikcə su təlabatı dəfələrlə artır. Ərazidə su xətti olsa da, su verilmir. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət ünvanlansa da, hələ də müsbət cavab verilməyib. Nəticədə sakinlər məcburiyyətdən suyu pulla alırlar.

Bağlar Sukanal İdarəsi problemlə bağlı Xezerxeber.az-a açıqlama verib. Bildirilib ki, ərazidə infrastruktur olsa da, su təzyiqi normadan çox aşağıdır:

“Amma buna baxmayaraq, yaxın günlərdə sakinlərin narazılılğını aradan qaldırmaq üçün ciddi addımlar atılacaq. Sakinlər içməli su ilə tam təmin ediləcəklər”.