Sarayda yerləşən yeni yaşayış kompleksi qazla təchiz olunmayıb. Bu haqda 31 oktyabr tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Söhbət “Jasmine Park” yaşayış kompleksindən gedir. Sakinlərin aprel ayından məskunlaşdığı binaya qaz verilmir.
“Neçə aydır biz elektrik qızdırıcısından istifadə edirik. Nə qədər pul yazır. İndi də soyuqlara görə fikirləşdik kondisoner vuraq, lakin bir çox mənzilin balkonu kiçik olduğuna görə aqreqator yerləşmir. Həmçinin aqreqatoru binanın fasadına vurmağa imkan vermirlər ki, tikilinin görünüşünü korlamasın. MTK-dan qaz barədə məlumat almaq istəyəndə hər dəfə: “Bu ayın sonu”, – deyirlər. 7 ay keçib hələ də bir hərəkət etmirlər”, – deyə şikayətçilər bildiriblər.