Sarayın yollarında uzun tıxaclar yaranıb

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Saray yolunda axşam saatlarında uzun tıxac müşahidə olunub. Bu haqda Sumqayıt24-ün müxbiri xəbər verib.

Məlumata görə, tıxac Sarayın girişindən (köhnə yol, Ceyranbatan su anbarı tərəfdən) Sumqayıt şəhərinin girişinədək (Saray körpüsü) uzanmışdır. Tıxacın yaranma səbəbi ilk olaraq Sumqayıtın əsas giriş-çıxış hissəsində aparılan təmir işləridir və sürücülərin əksəriyyətinin alternativ yol kimi Saray yolunu seçməsi olub.

Şəhərin əsas giriş-çıxış hissəsində avtomobillərin hərəkəti 16 oktyabr tarixinədək məhdud qalacaq. Ehtimal olunur ki, bənzər tıxaclar bu tarixədək yaranacaq.