Saray qəsəbəsində su xətti yenilənir. Sumqayıt24 bu haqda 16 mart tarixində xəbər verir.
İşlər Mikayıl Müşfiq küçəsində aparılır. Əraziyə cəlb olunan “Azərsu”nun əməkdaşları və texnikası tərəfindən yolun kənarı qazılıb. Məlumata görə, yeniləmə işləri yaxın zamanda yekunlaşacaq.