Saray: Üzümlük yaşayış massivinin sakinləri işıqsız qalıb

Total
0
Shares
Depositphotos
Depositphotos

Saray qəsəbəsinin sakinləri işıq problemi ilə üzləşiblər. Bu haqda BakuTv xəbər yayıb.

Belə ki, qəsəbənin Üzümlük yaşayış massivindən 500 metr məsafədə elektrik paylayıcı şəbəkə olsa da, insanlar ondan yararlana bilmirlər. Bəzi sakinlər öz hesablarına elektrik xəttlər çəkdiriblər, orada yaşayan 6 ailə isə ümumiyyətlə işıqsız qalıb.

Sakinlərin dediyinə görə, “Asan-Xidmət”də həmin massivin plana düşməsini bildiriblər. Ərazidə yaşayan 70 ailə təhlükə saçan elektrik xəttlərindən narahatdır. Külək əsən zaman həmin xəttlər qırılır və onlar yenədə işıqsız qalırlar.

“Azərişıq” ASC-dən bildirilib ki, qurumun layihəçiləri tərəfindən əraziyə baxış keçirilib və yaxın günlərdə lazımi addımlar atılacaq.