Sarayda 20 minlik lazer aparatları oğurlanıb

Total
0
Shares
Saray qəsəbəsində gözəllik salonu yarılıb
Envato

Saray qəsəbəsində gözəllik salonu yarılıb. Sumqayıt24 bu haqda 15 noyabr tarixində Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

Hadisə noyabrın 13-nə keçən gecə baş verib. Gözəllik salonlarının birindən 20.000 manat dəyərində 2 ədəd lazer aparatı oğurlanıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşları tərəfindən şübhəli qismində Bakı şəhər sakinləri Samir Bayramov və Vüsal Hacıbəyov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.