Saray qəsəbəsində AMEA-nın Tibb Mərkəzi yaradılıb. Bu haqda Sumqayıt24 Akademiyanın rəsmi saytına istinadən xəbər verir.
Bu qərar AMEA Rəyasət Heyəti aparatının iclasında qəbul edilib. Həmin Mərkəz aparatın İşlər idarəsinin nəzdində yaradılıb və artıq bununla bağlı ilkin sənəd hazırlanıb.
Tibb Mərkəzinin Sarayda elm və təhsil işçiləri üçün nəzərdə tutulmuş “Science City” yaşayış kompleksində yerləşməsi qərarlaşdırılıb.