Sarayda şəhid Hətəmxan Quliyevin adına küçədə mərkəzi kanalizasiya xətti yoxdur

Total
0
Shares
Foto Sumqayıt24
Foto Sumqayıt24

Saray qəsəbəsində şəhid Hətəmxan Quliyevin adına küçədə yaşayan sakinlər burada mərkəzi kanalizasiya sisteminin olmamasından əziyyət çəkirlər. Bu məsələnin işıqlandırılması üçün onlar Sumqayıt24-ə müraciət ediblər.

Sakinlərin dediyinə görə, bu ərazidə işığın, qazın və suyun verilməsi qaydasındadır, bircə kanalizasiya məsələsi heç cür həll edilmir. 21-ci əsrdə yaşamağımıza baxmayaraq, həmin fərdi evlərə hələ də mərkəzi kanalizasiya xətti çəkilməyib.

Qeyd etdiyimiz səbəbdən bütün çirkab sular həyətlərdə qazılmış kanalizasiya quyularına dolur və ətrafı kəskin – pis qoxu bürüyüb. Vətəndaşlar bu quyuların təmizlənməsi hər ay üçün xüsusi texnika çağırırlar, bu isə az xərc tələb etməyən prosedurdur.

Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24
Foto Sumqayıt24