Sarayda şəhid Tərlan Məmmədovun adına xatirə bulağı inşa edilib. Açılışda şəhidin ailə üzvləri və yaxınları iştirak edib.
Saray qəsəbəsində “Şəhidlər Xiyabanı”nda” dəfn olunan Məmmədov 27 sentyabr tarixində başlayan “Vətən müharibəsi” zamanı Füzuli uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, qızğın döyüşlər nəticəsində 8 oktyabr tarixində şəhid olmuşdur.
Prezidentin sərəncamı ilə Tərlan Məmmədov ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə təltif olunmuşdur.