Saray qəsəbəsində işıqlandırma problemi həllini tapmaq bilmir. Sumqayıt24 bu haqda 25 iyul tarixində xəbər verir.
Redaksiyamıza məsələ ilə bağlı çox sayda şikayət daxil olur. Qəsəbənin mərkəzində, Heydər Əliyev küçəsində, həmçinin əksər ara küçələrdə işıq dirəkləri quraşdırılıb, kabellər çəkilib. Lakin yarım ildən çox müddət keçsə də, Saray küçələri zülmətdən çıxmır.
“Axşamlar yolu keçə bilmirik. Sürücülər piyadaları, digər avtomobilləri son anda görürlər. Qəsəbənin yollarında qəzaların sayı günü-gündən çoxalır. İcra qurumları tədbir görmədikcə hələ çox qəza xəbərləri eşidəcəyik”, – deyə bir qrup sakin bildirib.