Sarayda kirayə mexanizmlə 233 mənzil satışa çıxarılıb

Total
0
Shares
Sarayda yerləşən 233 yeni mənzil satmaq öhdəliyi ilə kirayə mənzil fonduna əlavə edilib
Envato

Sarayda yerləşən 233 yeni mənzil satmaq öhdəliyi ilə kirayə mənzil fonduna əlavə edilib. Bu haqda 25 iyul tarixində Sumqayıt24 İpoteka və Kredit Zəmanət Fonduna istinadən məlumat verir.

Yaşayış sahələri Məhəmməd Əsədov küçəsində yerləşir. Mənzillərin aylıq ödənişi 376 manatdan başlayır.

Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən vətəndaşların seçimi üçün 3 avqust tarixindən etibarən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.