Sarayda narkotik alveri ilə məşğul olan şəxs saxlanılıb

Total
0
Shares
Depositphotos
Depositphotos

Sarayda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliinin səhifəsində məlumat paylaşılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş Elbrus Əliyev tutularaq istintaqa cəlb olunub. Əliyevin üzərində ümumilikdə 1 kiloqram 40 qram olan metamfetamin (patı), heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Qeyd edək ki o, saxlanılan zaman polisə müqavimət göstərməyə çalışıb.

Araşdırma zamanı məlum olub ki, Əliyev Azərbaycandan kənarda fəaliyyət göstərən narkotacirlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradıb və onun təklifi ilə narkokuryerliyə cəlb edilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.