SDU-da “İşğaldan azad olunmuş ərazilərin inkişafının strateji aspektləri” mövzusunda vebinar keçirilib. Bu barədə Sumqayıt Dövlət Universiteti məlumat yayıb.
Onlayn görüşün giriş sözü ilə universitetin rektoru professor Elxan Hüseynov Zəfər Günü münasibətilə iştirakçıları təbrik etdi. O, tarixi qələbəmizdən danışdı.
Vebinarda iştrak edən millət vekilləri uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsini müzakirə etdilər. Xüsusi ilə vurğulayaraq, qələbədən sonra Azərbaycan xalqı özünə inamını qaytardı, öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.
Vebinarda millət vəkilləri Hicran Hüseynova, Vüqar Bayramov, Emin Hacıyev, Müşfiq Məmmədli, Mahir Abbaszadə, AMEA-nın professoru Tərbiz Əliyev, “QARABAĞ” ordenli Polkovnik – leytenant, Füzuli-Xocavənd-Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı Ehtiram Məmmədov, Sumqayıt şəhər İcra Hakimiyyətinin Müharibə İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri, Suqovuşan uğrunda gedən döyüşlərin iştirakçısı Tərlan Hacızadə və universitetin professor-müəllim heyəti iştirak etdilər.