Sumqayıt Dövlət Universitetində əməkdaşların yubileyləri qeyd olunub. Bu haqda 3 oktyabr tarixində Sumqayıt24 SDU-ya istinadən məlumat verir.
Ali təhsil müəssisəsi rəhbərliyinin təşəbbüsü ilə Pedaqogika və psixologiya kafedrasının dosenti Şikar Hüseynov və Neft kimyası və kimya mühəndisliyi kafedrasının laborantı Dilbər Mirzəyeva 65 illik yubileyləri münasibətilə təbrik ediliblər.
SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Elmar Xəlilov yubilyarları rektor Rüfət Əzizovun və öz adından təbrik edib, səmimi arzularını çatdırıb.
Sonra Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Nemət İbayev səmərəli əmək fəaliyyətlərinə görə və 65 illik yubileyləri münasibətilə yubilyarlara Fəxri Fərman və hədiyyələr təqdim edib.