Sumqayıt Dövlət Universitetində (SDU) “Azərbaycanda mədəniyyətin inkişafında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) rolu” mövzusunda konfrans keçirildi. Bu barədə SDU məlumat yayıb.
Onlayn formatda baş tutan konfrans Üzeyir Hacıbəyli adına BMA-nın yaradılmasının 100 ililik yubileyinə həsr olunub. Tədbir Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertürası ilə başladı.
BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru professor Gülnaz Abdullazadə çıxış edərək yubileyə həsr olunan konfransın təşkilinə görə SDU-nun rəhbərliyinə və kollektivinə təşəkkürünü ifadə etdi.
Təməli Üzeyir bəy tərəfindən qoyulmuş ali musiqi təhsil ocağı kimi bir çox nailiyyətlər və qələbələr əldə edərək təkmilləşən BMA-sı, ölkə xaricində də tanınan ali təhsil mərkəzinə çevrilib.