SDU-də tələbələrə insan alveri ilə mübarizədədən danışıldı

Total
0
Shares
Foto sdu.edu.az
Foto sdu.edu.az

Sumqayıt Dövlət Universitetində (SDU) tələbələr üçün “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri həyata keçirilib. Bu barərə SDU məlumat yayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tələbələrə bu sahədə görülən işlər, insan alverinin növləri və onunla mübarizə yolları, təhlükəsiz sığınacaq xidmətləri və “152 Qaynar xətt” telefon xidməti barədə geniş məlumat veriblər.

Sonda tələbələrə insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici bukletlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.