SDU-da elmi konfrans təşkil olunub

Total
0
Shares
Sumqayıt Dövlət Universitetində (SDU) ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
Foto Sumqayıt Dövlət Universiteti

Sumqayıt Dövlət Universitetində (SDU) ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib. Bu haqda 25 may tarixində Sumqayıt24 SDU-ya istinadən xəbər verir.

Konfrans “Dövlətlərarası iqtisadi əlaqələr: müasir çağırışlar və perspektivlər” mövzusuna həsr edilib. Milli Məclisin deputatı Ziyad Səmədzadə “Müstəqillik illərində dövlətlərarası iqtisadi əlaqələrin genişləndirilməsində Heydər Əliyevin çoxşaxəli fəaliyyəti” mövzusunda geniş məruzə edib. Bildirilib ki, Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsi, əhalinin rifah halının yaxşılaşdırılmasının əsas şərtlərindən biri respublikanın iqtisadi potensialıdır. Qeyd edilib ki, dövlətlərarası iqtisadi münasibətlər yalnız zəruri gəlirin əldə olunmasında deyil, həmçinin xarici siyasət, elm, mədəniyyət və digər sahələrdə strateji tərəfdaşları müəyyən edir.

Qeyd edək ki, elmi konfrans öz işini 4 bölmə üzrə iki gün ərzində davam etdirəcək.