SDU-da Heydər Əliyevin 100 illiyinə həsr olunmuş elmi konfrans təşkil olunacaq

Total
0
Shares
Sumqayıt Dövlət Universitetində (SDU) “Süni intellekt və onun tətbiq sahələri” adlı Respublika elmi konfransı keçiriləcək
Foto Sumqayıt Dövlət Universiteti

Sumqayıt Dövlət Universitetində (SDU) “Süni intellekt və onun tətbiq sahələri” adlı Respublika elmi konfransı keçiriləcək. Bu haqda 20 noyabr tarixində Sumqayıt24 xəbər verir.

Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir 7-8 dekabr tarixlərində baş tutacaq. Konfransda iştirak etmək istəyənlər üçün ətraflı məlumat https://sdu.edu.az/az/ saytında qeyd olunub.

Konfransın bölmələri:

  • Süni intellektin infrastrukturu;
  • Süni intellektin modelləşdirmə üsulları və vasitələri;
  • Mühəndis hazırlığında süni intellekt;
  • Tətbiqi intellektual sistemlər.

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.

Konfransın formatı: əyani, onlayn və ya hibrid – əlavə olaraq məlumat veriləcək.

Ünvan: 43-cü məhəllə, Bakı küçəsi, 1, Sumqayıt Dövlət Universiteti (I tədris korpusu), Mühəndislik fakültəsi (otaq 214).

Əlaqələndirici şəxs – Könül Allahverdiyeva (018) 644 89 06.