SDU-da Zəfər gününə həsr olunmuş müsabiqə-sərgi keçirilib

Total
0
Shares
Foto SDU sayt
Foto SDU sayt

Sumqayıt Dövlət Universitetində (SDU) Zəfər Günü münasibətilə müsabiqə-sərgi keçirilib. Bu baraədə SDU məlumat yayıb.

Müsabiqədə 30 rəsm əsəri nümayiş olunub. Sərginin sonunda professor-müəllim və tələbə heyəti tərəfindən gizli səsvermə yolu əl işləri və rəsm əsərləri qiymətləndirilib.

I yerə 980 balla Mühəndislik fakültəsinin tələbəsi Ceyran Məmmədova, II yerə 945 balla Fizika və elektroenergetika fakültəsinin tələbəsi Vüsal Məmmədov, III yerə 883 balla İqtisadiyyat və idarəetmə fakültəsinin dosenti Təranə Əhmədova və 882 balla Kimya və biologiya fakültəsinin tələbəsi Malak Bairamova layiq görüldülər.