SDU-nin iqtisadçı alimləri xarici universitetin seminarında iştirak ediblər

Total
0
Shares
Foto SDU sayt
Foto SDU sayt

SDU-nin iqtisadçı alimləri Sankt-Peterburq Dövlət İqtisad Universitetində seminarda iştirak ediblər. Bu haqda Universitetin mətbuat xidməti məlumat yayıb.

Baş tutan seminarda ali təhsil müəssisələrinin əsas misssiyasından danışılıb. Universitetlərin əsas məqsədi dünya standartlarına uyğun çoxprofilli fasiləsiz təhsil və elmi tədqiqatlar sahəsində fundamental biliklərə, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasından ibarətdir.

Seminarda həmçinin, Azərbaycanın son 18 il ərzində 200-dən artıq proqram xarakterli sənəd qəbul etməsi, o cümlədən, 12 strateji yol xəritəsi, 90-dan yuxarı dövlət proqramı, 20-dən yuxarı tədbirlər proqramı, 15-dən yuxarı milli plan və proqramlar qəbul etməsi və həyata keçirməsi barədə məlumat verilib.

Seminarda SDU-nin İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat kafedrasının müdiri dosent Lalə Mahmudova, kafedranın baş müəllimləri i.f.d. Şəhla Cəmilzadə və Məhəmməd Əhmədov iştirak ediblər.