SDU-nun Strateji İnkişaf Mərkəzi və Təhsildə Keyfiyyət Təminatı şöbəsi fakültələrlə görüş təşkil edib. Bu haqda 26 sentyabr tarixində Sumqayıt24 SDU-ya istinadən məlumat verir.
Tədbirdə Strateji İnkişaf Mərkəzinin direktoru dosent Günel Paşayeva və Təhsildə Keyfiyyət Təminatı şöbəsinin müdiri Nərmin Həsənova iştirak ediblər.
Nərmin Həsənova əməkdaşlara keyfiyyət təminatı haqqında ətraflı məlumat verib, eləcə də Keyfiyyət Təminatı Bələdçisi (Qaydalar Toplusu) barədə geniş müzakirələr aparıb.
Daha sonra dosent Günel Paşayeva universitetin missiyası, əsas dəyərləri, Strateji İnkişaf Planında qarşıya qoyulan hədəflər və ondan irəli gələn strateji fəaliyyətlər haqqında əməkdaşları məlumatlandırıb.
Keçirilən görüşlərin məqsədi strukturların fəaliyyəti barədə universitet əməkdaşlarını məlumatlandırmaq və onların bu istiqamətdə vacib rolu haqqında maarifləndirmə işinin aparılması olub.