Sumqayıt Dövlət Universitetində yeni layihə ərsəyə gəlib. Sumqayıt24 bu haqda 21 noyabr tarixində xəbər verir.
Sumqayıt Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı tərəfindən “Müsahibə simulyasiyası” layihəsi təşkil edilib. Tələbələr gələcəkdə hər hansı müsahibəni uğurla keçmək üçün böyük təcrübə qazanacaqlar.
İlk görüş 24 noyabr saat 12:00-da başlayacaq. Proqram hər həftə fərqli fakültələrdə keçiriləcək.