SDU: yaşı 65 çox olan universitet əməkdaşları 3-çü doza ilə peyvəndlənib

Total
0
Shares
Foto SDU-nun saytından
Foto SDU-nun saytından

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Sumqayıt Dövlət Universitetində (SDU) 3-cü doza (buster doza) ilə peyvəndləndirmə başlayıb. Bu barədə SDU öz saytında paylaşım edib.

25 oktyabr tarixində buster doza ilə yaşı 65 çox olan professor-müəllim, inzibati və texniki heyət üzvləri, daha sonra digər yaş kateqoriyalarına aid əməkdaşlar vaksinasiya olunublar.

Daha öncə, 8 oktyabr tarixində universitetdə 2-ci doza vaksinasiyası qalan və peyvənd olunmamış tələbələrin Sumqayıt şəhər 3 saylı polikninkasının həkim briqadası tərəfindən vaksinasiya prosesi aparılmışdır.

Bu proses rektor professor Elxan Hüseynovun göstərişi ilə birbaşa universitetin özündə peyvəndlənmə qərarına uyğun olaraq təşkil olunub.