“Siqnal” İLİİ (İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsi) Sumqayıtda layihənin icrasını davam etdirir. Bu haqda 4 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Layihə çərçivəsində şəhər ərazisində istismar müddəti keçmiş yol nişanlarının işıqqaytarıcı elementləri olan yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlanma xətlərinin, yol cizgi işarələrinin bərpası, eləcə də işıqfor obyektlərinə texniki qulluq həyata keçirilir.