Sumqayıtda rekord məbləğdə sığorta ödənişi verilib. Sumqayıt24 bu haqda 21 noyabr tarixində xəbər verir.
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən “Azərsun Holdinq” MMC-yə məxsus “Azərsun Sənaye Parkı”nda ötən ilin aprel ayında yanğın baş vermişdi. Hadisəyə görə 25 milyon manat sığorta ödənilib.
Bu məbləğ ölkənin sığorta tarixində rekord sayılır.
Ödənişi holdinqə məxsus “Azərbaycan Sənaye Sığorta” ASC “Daşınmaz əmlakın icbari sığortası”, eləcə də “Əmlakın yanğından və digər risklərdən sığortası” üzrə həyata keçirib.