“Socar Polymer” MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 3-cü pillədə qərarlaşıb. Bu haqda 29 sentyabr tarixində Sumqayıt24 Fed.az-a istinadən məlumat verir.
Cari ilin ilk 8 ayında MMC 207,3 milyon dollar dəyərində məhsul ixrac edib. Həmin göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 81,6 milyon dollar və ya 64,9% çoxdur.
Qeyd edək ki, şirkət 16 iyul 2016-cı il tarixində təsis edilib.