Sumqayıtda suyun fasilə ilə verilməsinin səbəbi açıqlanıb. Sumqayıt24 bu haqda 2 mart tarixində Apa.az-a istinadən xəbər verir.
“Azərsu”nun İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, anbarlarda su ehtiyatları çoxaldılır. Məhz buna görə fasilələr yaranır:
“Elə ərazilər var idi ki, biz oranı 14 saat su ilə təmin edirdik, lakin indi cəmi 8-10 saat təmin edirik. Tənzimləmə qrafiki daha çox həyət evlərində, vətəndaşlar tərəfindən fərdi qaydada çəkilmiş primitiv şəbəkələrin üstünlük təşkil etdiyi ərazilərdə tətbiq olunur”.