“STP Global Cable” MMC ixrac həcmini artırıb

Total
0
Shares
"STP Global Cable" MMC ixrac həcmini artırıb
Foto Sumgait-Technologies-Park

“STP Global Cable” MMC-nin ixrac etdiyi məhsulun dəyəri açıqlanıb. Sumqayıt24 bu haqda 29 sentyabr tarixində xəbər verir.

Hesabata əsasən, şirkət yanvar-avqust aylarında 29,4 milyon dollarlıq “alver” edib. “STP Global Cable” MMC qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı subyektlərin reytinqində 6-cı yerdə durur.

Həmin göstəricinin həcmi ötən ilin yanvar-avqust ayları ilə müqayisədə 26,3 milyon dollar, yəni 9,5 dəfə artıb. Belə ki, 2022-ci ilin ilk 8 ayı ərzində “STP Global Cable” MMC 3,1 milyon dollar dəyərində məhsul ixrac edib.