Sumqayıt Texnologiya Parkı (STP) Şirkətlər Qrupu Litva biznes forumunda iştirak edib. Bu haqda 26 may tarixində Sumqayıt24 STP-yə istinadən xəbər verir.
Biznes-forum Litvanın Vilnüs şəhərində keçirilib. Dövlət rəsmiləri, strateji biznes qurumlarının rəhbərləri və sahibkarların qatıldığı tədbirdə STP Şirkətlər Qrupunun Baş icraçı direktoru Hicran Valehov ölkənin aparıcı sənaye şirkətini təmsil edib. Burada yeni investisiya və ixrac potensialının imkanlarının dəyərləndirilməsi üçün görüşlər keçirilib.