STP Şirkətlər Qrupunun Baş İcraçı direktoru Hicran Valehov təcrübəçilərlə görüş keçirib. Bu haqda 24 iyul tarixində Sumqayıt24 xəbər verir.
Görüş zamanı “Sabahın Gücü” layihəsinin təcrübəçiləri startap’ları barədə danışıb və inkişaf proqramının gedişi haqqında söhbət aparıblar.
İcraçı direktor gənclərə öz tövsiyələrini verib və hal-hazırda STP-də gedən transformasiya prosesləri haqqında məlumat verib.
Layihənin məqsədi ölkəmizdə sənaye sektoru üçün mühəndisliyin bir çox istiqamətləri və texniki sahələrdə ixtisaslı mütəxəssislər yetişdirməkdir.