“Su qayıt” əfsanəsi

Total
0
Shares
Envato
Envato

Sumqayıtın adı ilə bağlı bir neçə əfsanə mövcuddur. Onlardan biri də şəhərin adının “Su qayıt” deyimindən yarandığı haqqındadır.

Ehtimal olunur ki, bu əfsanə Sumqayıtın coğrafi mühiti ilə əlaqədardır. Rəvayətə görə, yay aylarında burada yaşayan insanlar su qıtlığından əziyyət çəkirdilər. Onların yeganə su mənbəyi kiçik bir çay idi. Həmin bu çay yay aylarında tez-tez quruyurdu, əhali də suya möhtac qalırdı. Ola bilsin ki, “Su qayıt” ifadəsi susuz qalan insanların çəkdiyi əziyyətdən xilas olmaq ümidi ilə Allaha yalvarmaqları ilə bağlıdır.

XIX əsrin əvvəllərində bu yerlərdə olmuş rus səyyahı İ. Berezin yazır: “Sumqayıtın yanından kicik çay axır, onun da adı Sumqayıtdır ki, bu da türkcə “su qayıdır“ deməkdir. Çaya belə ad guya ona görə verilmişdir ki, qızmar havada onun suyu quruyur, yağışlardan sonra isə yenidən gəlir. Bu yerlər çox kasaddır: sarı rəngli quru torpağı cadar-cadardır, su isə heç yerdə yoxdur, yaşıllıqdan əsər-əlamət görünmür – budur bu yerlərin mənzərəsi.”

Mənbələr:

  1. Məmmədov R.S., Sadıqov H.Ş. Sumqayıt: tarixdən səhifələr (1930-2000). Sumqayıt-2010.
  2. Ф.Алиев. Город юности на Каспии. Азернешр-1962.
  3. Березин И. Путешествие по Дагестану и Закавказью. Казань, 1849.