“Yaşma bağları” massivinin sakinləri içməli suyun verilməməsindən əziyyət çəkirlər. Bu haqda 18 mart tarixində Sumqayıt24-ə izləyicilərdən məlumat daxil olub.
Sakinlərin sözlərinə görə, bu hal 2 aya yaxın müddət davam edir.
“Bağlar ərazisi olduğu üçün burada içməli su yoxdur, yalnız suvarma suyu mövcuddur. Həmişə fasilələrlə də olsa, verilirdi, indi isə heç bir damcı belə su gəlmir. Səbəbi də bilinmir. İmkanı olan suyu alır, pulu olmayan isə susuz qalıb”, – deyə şikayətçilər bildiriblər.