Sumqayıt şəhəri Sülh küçəsinin bir hissəsi bağlıdır. Sumqayıt24 bu haqda 21 oktyabr tarixində xəbər verir.
Küçə boyunca insanların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə rəngi solmuş, görünməz hala düşmüş piyada keçidləri yenilənəcək. İşlər “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən aparılır.